AZ

ABŞ-dan BMT Təhlükəsizlik Şurasına TƏKLİF

ABŞ rəsmiləri BMT Təhlükəsizlik Şurasında ən azı iki il müddətinə Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılmasını nəzərdə tutan qətnamə layihəsini bir neçə ölkəyə təqdim ediblər.

Busaat.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Nəşrdə qeyd edildiyi kimi, layihədə ABŞ və digər iştirakçı ölkələrə Qəzza zolağının idarə edilməsi və təhlükəsizliyin təmin edilməsi üçün 2027-ci ilin sonuna qədər uzadılma imkanı ilə geniş səlahiyyətlərin verilməsi nəzərdə tutulur. Amerika rəsmisi sənədin yaxın günlərdə BMT Təhlükəsizlik Şurasında müzakirə olunacağına aydınlıq gətirib.

Vaşinqton administrasiyası qətnamə ilə bağlı səsvermənin daha sonra keçirilməsini və beynəlxalq qüvvələrin Fələstin anklavına yerləşdirilməsinə yanvara qədər başlanmasını istəyir.

Yeganə

Seçilən
24
busaat.az

1Mənbələr