AZ

“Verstappen Las-Veqas Qran-prisində fərqi azalda bilər”

Sabiq "Formula-1” pilotu Colion Palmer hesab edir ki, Maks Verstappen qarşıdakı yarışlarda Lando Norrislə arasındakı 36 xallıq fərqi azalda bilər.

90deqiqe.Az “F1 Nation Podcast”a istinadən xəbər verir ki, onun sözlərinə görə, əsas imkan Las-Veqas Qran-prisində yaranacaq.

“Əgər Maks Braziliyada qalib gəlsə, fərq 30 xaldan da az olacaq. Amma əsas imkan Las-Veqasda olacaq. Çünki ‘Mclaren’ bu trasda problemlərlə üzləşə bilər və 6–7-ci yerlərlə kifayətlənə bilər. Bu isə Maks üçün azı 15 xal qazanmaq şansı deməkdir. Əgər o, Əbu-Dabidən öncə fərqi azalda bilsə, ‘Mclaren’ üzərində təzyiq yaradacaq. Çünki iki pilotun çempionluq uğrunda yarışdığı komandalar tez-tez ‘ədalət’ məsələsi üzündən özlərinə zərər verirlər”

Qeyd edək ki, Braziliya mərhələsindən əvvəl Norris 357 xalla birinci pillədə qərarlaşıb. Onun komanda yoldaşı Oskar Piastri 356 xalla ikinci, Maks Verstappen isə 321 xalla üçüncü yerdədir.

Seçilən
38
90deqiqe.az

1Mənbələr