AZ

Tiktoka qarşı cinayət işi açıldı DETALLAR

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Fransa prokurorluğu Tiktok sosial şəbəkəsinin uşaqların psixi sağlamlığını qorumaqda laqeydlik göstərməsi ilə bağlı istintaq başladıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Məlumata görə, bu, sosial şəbəkələrdə azyaşlıların qorunması məsələsi üzrə Fransada ilk belə cinayət işidir. İstintaq Fransanın sosialist deputatı Artur Delaportun rəhbərlik etdiyi parlament araşdırmasının nəticələrindən sonra başlanıb. Delaport sentyabrın 11-də araşdırmanın hesabatını təqdim edib.

“Komissiyamızın müşahidələri göstərir ki, Tiktokun alqoritmi cəmi bir neçə qarşılıqlı əlaqədən sonra istifadəçiləri zərərli, narahatlıq yaradan və depressiv məzmunlara yönləndirir”, – o bildirib.

Paris polisinin kibercinayətkarlıq bölməsi oktyabrın sonunda rəsmi istintaqa start verib”, – nəşr yazır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
3
icma.az

4Mənbələr