AZ

"BP" üçüncü rübdə gözləniləndən daha çox mənfəət əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya mərkəzli neft nəhəngi “BP” 2025-ci ilin iyun-sentyabr dövrünə aid maliyyə nəticələrini açıqlayıb.

Banco.azxəbər verir ki, məlumatlara əsasən, “BP” bu dövrdə 2,21 milyard dollar mənfəət əldə edib. Bazar gözləntisinə görə, şirkətin həmin dövrdəki mənfəətinin 2,03 milyard dollar olacağı proqnozlaşdırılırdı.

“BP”nin ilin üçüncü rübündəki mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz, bu ilin ikinci rübü ilə müqayisədə isə 6 faiz azalıb.

Neft emalı zavodlarında texniki xidmət xərclərinin azalması, yüksək emal marjaları və artmış hasilat həcmi şirkətin mənfəətinə müsbət təsir göstərib. Lakin zəif neft ticarəti, ekoloji uyğunluq xərclərinin mövsümi təsiri və digər artmaqda olan məsrəflər bu mənfəəti tarazlaşdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
42
1
banco.az

2Mənbələr