AZ

Putin hərbi xidmətə ilboyu çağırışın aparılmasına dair qanunu imzaladı

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin hərbi xidmətə çağırış prosesinin ilboyu aparılmasına dair qanunu imzalayıb. Müvafiq sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub və gələn ilin 1 yanvar tarixindən qüvvəyə minəcək.

Qanuna əsasən, tibbi müayinələr, psixoloji testlər və çağırış komissiyalarının iclasları təqvim ili ərzində keçiriləcək. Çağırışçılar hərbi xidmətə 1 apreldən 15 iyula və 1 oktyabrdan 31 dekabra qədər göndəriləcəklər.

Bundan əlavə, Putin ehtiyatda olan əsgərlərin vacib obyektlərin və həyati əhəmiyyətli infrastrukturun mühafizəsi məqsədilə xüsusi təlim düşərgələrinə göndərilməsinə icazə verən qanunu da imzalayıb.

Sənəddə həmçinin Rusiya vətəndaşlarının bəzi kateqoriyaları üçün xidmətə göndəriş tarixləri ayrıca müəyyən edilib. Belə ki, çöl işlərində çalışan kənd sakinləri 15 oktyabrdan 31 dekabra, təhsil müəssisələrinin müəllim heyəti 1 maydan 15 iyula, Uzaq Şimal bölgələrinin sakinləri isə 1 maydan 15 iyula və ya 1 noyabrdan 31 dekabra qədər xidmətə göndəriləcəklər. 

 

Musavat.com

Seçilən
45
musavat.com

1Mənbələr