AZ

ABŞ Şimali Koreyanın bəzi bankirlərinə sanksiya tətbiq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Şimali Koreyanın bəzi bankirlərinə sanksiya tətbiq edib.

Banco.azxəbər verir ki, ABŞ Xəzinə Nazirliyinin açıqlamasında bildirilib ki, kibercinayətkarlıq kimi müxtəlif qanunsuz fəaliyyətlər nəticəsində əldə olunan vəsaitlərin yuyulmasında rol oynayan 8 nəfər və 2 quruma qarşı sanksiyalar tətbiq edilib.

Açıqlamada sanksiya tətbiq edilən şəxslər arasında Şimali Koreyalı bankirlərin də yer aldığı, habelə “Korea Mangyongdae Computer Technology Company” adlı informasiya texnologiyaları şirkəti və “Ryujong Credit Bank” adlı maliyyə qurumunun da sanksiyaya məruz qalan təşkilatlar arasında olduğu qeyd olunub.

Məlumata görə, son 3 il ərzində Şimali Koreya ilə əlaqəli kibercinayətkarlar, əsasən kriptovalyuta vasitəsilə, inkişaf etmiş zərərli proqramlar və sosial mühəndislik kimi mürəkkəb üsullardan istifadə edərək 3 milyard dollardan çox vəsait oğurlayıblar.

Xəzinənin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə müavini Con Hürli məsələyə dair açıqlamasında bildirib ki, Şimali Koreya dövləti tərəfindən dəstəklənən hakerlər rejimin nüvə silahı proqramını maliyyələşdirmək məqsədilə vəsait oğurlayır və onu yuyurlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
13
banco.az

1Mənbələr