AZ

Bakıda metro çıxışında yerləşən küçə baxımsız vəziyyətdə – VİDEO

Qalaq-qalaq tullantılarla dolu maşınlar, həyətin ortasında yeməkxana, hər kəsin özü üçün düzəltdiyi parkinq…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər paytaxtın Xətai rayonu, Məhəmməd Hadi 41 ünvanındandır. Əhmədli metrostansiyasının çıxışındakı bu ərazi ilk baxışdan unudulmuş bir məhəlləni xatırladır.

Həyətdəki 9 mərtəbəli binanın fasadı dəyişdirilir. Amma atalar demiş bığdan götürüb saqqala yaxmaq üsuli ilə aparılan bu təmir işləri sakinləri təngə gətirib. Doqquz mərtəbəli yaşayış binasının 6 mərtəbəsi rənglənib, tək-tük eyvanlar təmir olunub. Hətta bəzi bloklardakı bir neçə pəncərə də dəyişdirlib, amma hər şey yarıçmıq.

Sakinlər iddia edirlər ki, adıçəkilən ünvanda bəzən aylarla təmizlik işləri aparılırmır. Bundan başqa həyətin ortasında olan boş ərazi illərdir hasarlanıb. Hasarlanmış ərazi isə sakinlərin tullantı atdığı məkana çevrilib. Sahibsiz heyvanların da məskəninə çevrilən ərazi baxımsız vəziyyətdədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
25
2
nocomment.az

3Mənbələr