Ukrayna kəşfiyyatçıları Donetsk vilayətinin işğal olunmuş Avdievka şəhərindəki köhnə bir binada yerləşən “Rubikon” mərkəzindən Ruslara məxsus qərargahı aşkar edərək məhv ediblər.
Bu barədə 4 noyabrda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR MOD) mətbuat xidməti məlumat verib. “Rubikon” təcavüzkar dövlətin Ukraynaya qarşı müharibəsi zamanı pilotsuz uçuş sistemlərindən, xüsusən də döyüş sistemlərindən istifadə etməkdə ixtisaslaşıb.
Bəyanatda deyilir ki, bu, Rusiya işğal ordusunun döyüşə ən hazır bölmələrindən biridir və Rusiyanın bu bölmələrə xeyli vəsait xərclədiyi bildirilir: “Düşmənin yerləşdiyi yerin koordinatlarına əsasən, GUR mütəxəssisləri 105 kiloqramdan çox döyüş başlığı ilə silahlanmış FP-2 pilotsuz uçuş aparatını sıx sıx yaşayış massivində moskvalılara doğru məharətlə yönəldiblər. Zərbə qərargahda olan Rusiya “Rubikon”unun zabitləri və pilotsuz uçuş aparatları operatorlarının məhv edilməsi ilə nəticələnib”, – GUR vurğulayıb.
//Samir Qurbanov, Editor.az