AZ

Evə qız gətirmək üstündə dostunu bıçaqlayan gənc HƏBS EDİLDİ

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi 3 noyabr 2025-ci il tarixində keçirilən iclasda 22 yaşlı Samir Rzayevi (2003-cü il təvəllüdlü) dostu Əkrəmə qarşı qəsdən ağır bədən xəsarəti yetirməkdə təqsirli bilib.

Far.Az-in məlumatına görə, hadisə 7 iyun 2025-ci il gecəsi Naxçıvan şəhərində baş verib.

İttiham aktına görə, Samir dostu Əkrəmlə "Əyləncə adası" parkında görüşdükdən sonra aralarında mübahisə yaranıb. Mübahisə evdə qız gətirmək və dostluq hörmətsizliyi mövzusu üzərində qızışıb.

Samir Əkrəmi öz evinə dəvət edib və orada mətbəx bıçağı ilə qarın nahiyəsindən vurub. Xəsarət on iki barmaq bağırsağı və qaraciyərin zədələnməsi ilə nəticələnib, bu da tibbi ekspertiza ilə ağır zərər kimi qiymətləndirilib.

Samir məhkəmədə ittihamı qismən qəbul edib. O, Əkrəmin ona qarşı nalayiq ifadələr işlətdiyini, anasına və bacısına söyüş söydüyünü iddia edib və xəsarəti qəsdən, lakin öldürmə niyyəti olmadan yetirdiyini bildirib. Samir həmçinin Əkrəmi xəstəxanaya aparmağa kömək etdiyini qeyd edib. Əkrəm isə Samirə söyüş söymədiyini, hadisənin içki və mübahisə nəticəsində baş verdiyini deyib və şikayətinin olmadığını bildirib.

Şahid Adəm (hadisədə iştirak edən üçüncü şəxs) ifadəsində tərəflərin parkda və evdə mübahisə etdiyini, Samirin əlində bıçaq gördüyünü, lakin bıçaqlama anına şahid olmadığını təsdiqləyib.

Qeyd edək ki, Samir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi (xuliqanlıq niyyəti ilə ağır xəsarət) ilə ittiham olunub. Lakin məhkəmə əməli 126.1-ci maddəyə (qəsdən ağır xəsarət) yenidən tövsif edib və 3 il 9 ay həbs cəzası təyin edib.

Seçilən
21
1
far.az

2Mənbələr