AZ

Ermənistan Təhsil Nazirliyi Azərbaycan dilinin tədrisi barədə

Hazırda Ermənistandakı üç məktəbdə uşaqlar Azərbaycan dilini öyrənirlər.

Ermənistan Təhsil Nazirliyinin rəhbəri Janna Andreasyanın sözlərinə görə, dərslər regional dillər haqqında biliklərin yayılmasını təşviq etmək üçün hökumət proqramının bir hissəsidir.

O, aydınlaşdırıb ki, ümumilikdə bu proqramda 30-a yaxın məktəb iştirak edir. Orada fars və gürcü dilləri də tədris olunur. Andreasyan əlavə edib ki, Ermənistanda təxminən 400 məktəb regional dildə dərslər təklif etmək istəyir və əksər məktəblər türk dili dərsləri təklif etmək istəyini bildirir. Lakin nazirlikdə lazımi işçi heyəti yoxdur.

//Samir Qurbanov, Editor.az

Seçilən
25
editor.az

1Mənbələr