AZ

1979 cu ildəki dəniz sınağı okeanın dibini yaralayıb Alimlər 44 ildən sonra şoka düşdü

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

1979-cu ilin yazında "Ocean Minerals Company" (OMCO) adlı şirkət eksperimental bir mədən maşınını Sakit okeanın təxminən 5 kilometr dərinliyinə endirərək Clarion–Clipperton zonasında sınaq aparıb. O dövrdə bu təcrübə okean dibindəki nikel, kobalt və manqanla zəngin polimetall konkresiyaların çıxarılmasına hazırlıq kimi təqdim olunurdu. Ancaq 44 ildən sonra elm adamları həmin yeri yenidən tədqiq etdikdə, dəniz dibi hələ də sanki dünən qazılmış kimi görünür.

Qaynarinfo xəbər verir ki, yeni tədqiqat "Nature" jurnalında dərc olunub və okean ekosistemlərinin sənaye təsirinə necə cavab verdiyini uzunmüddətli müşahidə ilə öyrənmək imkanı yaradıb. Nəticələr isə alimləri heyrətə gətirib: bioloji bərpa çox zəif, fiziki zədələnmə isə hələ də aydın görünür.

44 il əvvəl açılmış yaralar sağalmayıb

OMCO şirkətinin uzaqdan idarə olunan aparatı cəmi 0,4 kvadrat kilometr ərazidə çalışmış, yolda qarşısına çıxan osedimentləri qarışdıraraq metal konkresiyaları toplamışdı. 2023-cü ildə tədqiqatçılar həmin sahəyə müasir sualtı robotlar və yüksək dəqiqlikli kameralarla qayıdıblar.

Nəticə: 1–3 metr enində, 0,8 metr dərinliyində izlər hələ də qalır. Bunun səbəbi, bu qədər dərinlikdə çökmə prosesinin inanılmaz dərəcədə yavaş getməsidir — ildə cəmi 1,5–11 millimetr.

Dəniz həyatı bərpa olunmur

Okean dibinin strukturu pozulduğu üçün bəzi yerlərdə üzvi maddə toplanması dəyişib, dəniz canlılarının yaşayış yerləri isə yox olub. Bəzi izlər plastik tullantılar üçün "tələ” rolunu oynayır.

Tədqiqatlar göstərib ki, hərəkətli növlər — məsələn, dəniz xiyarları və ofiuralar — qismən geri dönsələr də, süngərlər və dəniz anemonları kimi oturaq orqanizmlər demək olar ki, yoxa çıxıb. Bu, onların bərpa olunması üçün lazım olan bərk səthlərin (konkresiyaların) ya götürülməsi, ya da torpaq altında qalması ilə bağlıdır.

Müşahidə edilən 6000 kvadratmetrlik ərazidə iri canlıların sıxlığı hələ də qonşu, toxunulmamış sahələrlə müqayisədə təxminən üçdə bir qədər azdır.

Gələcək dərin dəniz mədənçiliyi daha təhlükəli ola bilər

Clarion–Clipperton zonası Meksika ilə Havay arasında 4,5 milyon kvadrat kilometr ərazini əhatə edir və artıq beynəlxalq şirkətlər arasında bölüşdürülüb. Alimlər xəbərdarlıq edir: bir eksperimental maşının cəmi 4 gün işləməsi belə izlər buraxıbsa, onlarla mədən maşını illərlə fəaliyyət göstərərsə, nəticə fəlakətli ola bilər.

Tədqiqatın rəhbəri, britaniyalı okeanoloq Adrian G. Qlover belə deyib: "Bir maşının dörd gün ərzində yaratdığı iz hələ də sağalmayıb. Onlarla maşın onilliklərlə işləsə, okeanın nə hal alacağını düşünmək belə qorxuludur".

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
qaynarinfo.az

1Mənbələr