GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ qoşunları 2026-cı ilə qədər ölkəni tərk etdikdən sonra Bağdad İranpərəst silahlı qrupların tərksilah edilməsinə başlayacaq.
Globalinfo.az-ın xəbərinə görə, bunu İraqın baş naziri Məhəmməd Şiya əs-Sudani bəyan edib.
Sudani vurğulayıb ki, İraq hökumətinin məqsədi bütün silahlı qruplar üzərində dövlət nəzarətini tam bərpa etməkdir. Lakin onun sözlərinə görə, bu, xarici qüvvələr, xüsusilə də ABŞ qoşunları ölkədə qaldığı müddətdə mümkün olmayacaq, çünki bəzi silahlı qruplar onları işğalçı kimi görür.
“Qoşunlar çıxarıldıqdan sonra, dövlət strukturlarından kənarda olan bütün silahlı birləşmələrin ləğv edilməsi ilə bağlı aydın proqram həyata keçiriləcək. Bu, bütün qrupların tələbidir”, – baş nazir bildirib.
Sudani əlavə edib ki, silahlı şəxslər tərksilah olunduqdan sonra iki seçim qarşısında qalacaqlar – ya rəsmi təhlükəsizlik orqanlarına qoşulmaq, ya da siyasətə atılmaq.
O həmçinin qeyd edib ki, İraqda təhlükəsizlik vəziyyəti sabitləşib və beynəlxalq koalisiyanın ölkədəki varlığı artıq əsassız sayılır.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.