AZ

“Messi və Ronaldunun səviyyəsinə çatmaq mümkün deyil”

“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haland özünü Lionel Messi və Kriştiano Ronaldo ilə müqayisə edənlərə münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, komandanın baş məşqçisi Xosep Qvardiola bir müddət əvvəl norveçli forvardın oyun səviyyəsini Messi və Ronaldo ilə müqayisə etmiş, lakin onların bu səviyyəni 15 il ərzində qoruduqlarını qeyd etmişdi.

Bununla belə, Haland Qvardiolanın bu fikirləri ilə razılaşmadığını bildirib:

“Xeyr, mən onlardan çox uzağam. Heç kim Messi və Ronaldonun səviyyəsinə çata bilməz.”

Cari mövsümdə 23 yaşlı hücumçu bütün turnirlərdə 17 matçda 20 qol vurub və 2 assist edib.

Seçilən
47
90deqiqe.az

1Mənbələr