AZ

“Qalatasaray” "Ayaks"la matça ciddi itki ilə çıxacaq

Yunus Akgün "Qalatasaray" – "Ayaks" matçında oynaya bilməyəcək.

"Unikal" xəbər verir ki, futbolçu məşq zamanı zədələnib.

Klubun məlumatına görə, ulduz futbolçu “Ayaks”la qarşılaşma öncəsi keçirilən son taktiki məşqi ağrılar səbəbindən yarımçıq tərk edib. Akgünün sol dizində zədə aşkarlanıb və onun müalicə prosesinə başlanılıb.

Məlumata görə, futbolçunun ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu səbəbdən o, UEFA Çempionlar Liqasında Hollandiya təmsilçisi “Ayaks”la keçiriləcək qarşılaşmanın heyətinə daxil edilməyib.

Qeyd edək ki, "Ayaks" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Seçilən
14
unikal.az

1Mənbələr