AZ

Ötən il Gürcüstanda güclü iqtisadi artım qeydə alınıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tbilisi, 4 noyabr, AZƏRTAC

Ötən il Gürcüstanda özəl və dövlət istehlakı hesabına güclü iqtisadi artım qeydə alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının Gürcüstan ilə bağlı hesabatında bildirilir.

"Ümumi daxili məhsulun artımı 2024-cü ildə 9,4 faiz təşkil edib. Artımın ən mühüm amilləri kəskin əmək haqqı artımı, məşğulluğun genişlənməsi və sürətlə artan istehlak kreditləri ilə stimullaşdırılan özəl və dövlət istehlakı olub. Eyni zamanda, biznes kreditlərinin artması, müəssisələrin yaxşı maliyyə nəticələri və güclü dövlət investisiyaları ilə dəstəklənən investisiyalar da artmaqda davam edib", - deyə hesabatda vurğulanır.

Hesabatda, həmçinin qeyd edilir ki, iqtisadi güclü görünür, lakin xüsusilə artan siyasi qeyri-sabitlik və qeyri-müəyyən beynəlxalq mühit səbəbindən aşağı yönlü risklərə məruz qalır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
azertag.az

1Mənbələr