AZ

Parlamentdə büdcə müzakirələrində hansı qərarlar qəbul edildi?VİDEO

Ölkədə son 5 ildə ümumilikdə sosialyönümlü büdcə xərcləri 4,4 milyard manat artıb.

Xezerxeber.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir vurğulayıb ki, ölkənin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi əsas hədəflərdəndir və növbəti illərdə də bu istiqamətdə bütün zəruri xərclər üçün resurs yaradılacaq.

Müzakirələrdə çıxış edən İqtisadiyyat naziri  Mikayıl Cabbarov isə gələn ildən gəlir vergisinin tətbiqi ilə bağlı olan qərarı əsaslandırıb.

Mərkəzi Bankın sədri Taleh Kazımov isə bildirib ki, gələn il rəhbərlik etdiyin qurumun pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq. Manatın məzənnəsinin sabitliyinin qorunması da başlıca amildir.

Hesablama palatasının sədri Vüqar Gülməmmədov isə qeyd edib ki, qanun layihəsinə əsasən növbəti ildə gəlirlərin bu ilin eyni göstəricisindən 253 milyon manat çox olması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
32
xezerxeber.az

1Mənbələr