AZ

“Macarıstan Ukraynanın Aİ yə üzv olmasına icazə verməyəcək” − Siyarto

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

“Hazırkı Macarıstan hökuməti Ukraynanın Avropa İttifaqına üzv olmasına icazə verməyəcək”.

Yeniavaz.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Avropa Komissiyasının Aİ-nin genişlənməsinə dair yeni hesabatını və Brüsselin 2025-ci ilin sonuna qədər Kiyevlə üzvlük danışıqlarına başlamaq niyyətini şərh edərkən deyib.

“Macar xalqı Ukraynanın Avropa İttifaqına üzv olmasını istəmədiyini açıq şəkildə bildirdi. Aİ-nin genişlənməsi məsələsi bütün üzv dövlətlər arasında yekdil rəy tələb etdiyinə görə və Macarıstan və Macarıstan xalqının Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləmədiklərini açıq şəkildə bildirdikləri üçün Ukrayna Avropa İttifaqının üzvü olmayacaq”, - Siyarto bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
1
yeniavaz.com

2Mənbələr