AZ

“Real”da penaltiləri yalnız o vuracaq

“Real Madrid”in ulduz hücumçusu Kilian Mbappe komandanın əsas penalti icraçısı kimi artıq bu məsuliyyəti heç kimlə bölüşməyəcək.

90deqiqe.Az “The Athletic”ə istinadən xəbər verir ki, fransalı forvard yalnız hesabda böyük fərq olduqda penalti zərbəsini komanda yoldaşına verə bilər.

Məlumata görə, Mbappe bu qərarı La Liqanın 11-ci turunda “Valensiya” üzərindəki 4:0 hesablı qələbədən sonra qəbul edib. Həmin qarşılaşmada Vinisus Junior 43-cü dəqiqədə penaltidən fərqlənə bilməyib. O zaman “Real” 2:0 hesabı ilə önə keçmişdi.

Beləliklə, Mbappe “Kral klubu”nda penalti məsuliyyətini tam şəkildə öz üzərinə götürüb.

Seçilən
57
90deqiqe.az

1Mənbələr