AZ

Vaqif Vəliyev vəfat etdi

Füzuli Dövlət Dram Teatrının rəhbəri, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

O, bu gün müalicə aldığı xəstəxanadan evə buraxılmışdı.

Vaqif Vəliyev 1958-ci il noyabrın 21-də Füzuli şəhərində sənətkar ailəsində anadan olub. 1983-1988-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda "mədəni-maarif” fakultəsində təhsil almışdır.1981-1989-cu illərdə Füzuli rayon Mədəniyyət evində dram dərnəyinin rəhbəri, direktor vəzifələrində işləyib.1989-cu ildən hal-hazıra kimi Füzuli Dövlət Dram teatrının direktoru vəzifəsində işləyirdi.

Seçilən
75
9
modern.az

10Mənbələr