AZ

İraq Rusiyadan xam neft nəqlini dayandırdı

BAKI, 4 noyabr. TELEQRAF

ABŞ və Böyük Britaniyanın Rusiyanın ən böyük neft şirkətinə qarşı sanksiyalardan sonra İraq "Lukoil" şirkətindən xam neft yükünün qəbulunu dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, İraqın dövlət neft şirkəti "Somo" "Lukoil"in Qərbi Qurna-2 yatağınd neft tədarükünü ləğv edib.

Məsələ ilə bağlı “Lukoyl” və “Somo”dan şərh almaq mümkün olmayıb.

Rusiyanın ikinci ən böyük neft şirkəti “Lukoyl” son həftələrdə ABŞ və Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalardan zərər çəkib və bu, onun normal fəaliyyətini xeyli çətinləşdirib.

ABŞ Maliyyə Nazirliyi şirkətlərə noyabrın 21-dək “Lukoyl” və ən böyük neft hasilatı şirkəti “Rosneft”lə bütün əməliyyatları dayandırmaq üçün vaxt verib.

Seçilən
77
8
teleqraf.com

10Mənbələr