Rumıniya Ukrayna ilə sərhəddə hava təhlükəsizliyini gücləndirmək məqsədilə F-16 və Almaniyaya məxsus “Eurofighter Typhoon” qırıcılarını yerləşdirib.
Editor.az xəbər verir ki, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Rəsmi açıqlamaya görə, hava hücumu xəbərdarlığından sonra Rumıniya Hərbi Hava Qüvvələrinin iki F-16 təyyarəsi və Almaniyanın iki “Eurofighter Typhoon” qırıcısı hava məkanının nəzarət və təhlükəsizlik məqsədilə havaya qaldırılıb.
Nazirliyin məlumatında bildirilir ki, əməliyyat çərçivəsində komandirlərə Rumıniya hava məkanına müdaxilə halında hədəfləri vurmaq səlahiyyəti verilib. Bununla belə, ölkə ərazisində hava məkanının pozulması və ya təyyarə qalıqları ilə bağlı heç bir hadisə qeydə alınmayıb.
Qeyd edək ki, Almaniyaya məxsus “Eurofighter Typhoon” döyüş təyyarələri NATO-nun müttəfiq ölkələrin hava məkanına nəzarət missiyası çərçivəsində Rumıniyada yerləşdirilib.
// Gülnarə Abasova, Editor.az