AZ

Ronaldo: “Tezliklə təqaüdə çıxacağam”

“Əl-Nəssr” klubunun ulduz futbolçusu Kriştianu Ronaldo yaxın zamanda karyerasını başa vuracağını açıqlayıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, portuqaliyalı hücumçu bu barədə jurnalist Pirs Morqanın “YouTube” kanalına müsahibəsində danışıb.

“Tezliklə təqaüdə çıxacağam. Amma buna hazır olacağımı düşünürəm. Bu, çox çətin olacaq. Bəli, ağlayacağam. Çox ağır olacaq, lakin mən artıq 25-27 yaşlarımdan bu an üçün özümü hazırlayıram”, – deyə Ronaldo bildirib.

Qeyd edək ki, ötən mövsüm Ronaldo “Əl-Nəssr”in heyətində bütün turnirlərdə 41 oyun keçirərək 35 qol vurub və 4 qol ötürməsi ilə yadda qalıb. Cari mövsümdə isə Səudiyyə Ərəbistanı klubu 5 matçdan 15 xal toplayaraq liqada liderlik edir.

Xatırladaq ki, Ronaldo və ailəsi 2023-cü ilin yanvarında Səudiyyə Ərəbistanına köçüb. Yerli qanunvericilik subay kişi və qadının eyni ünvanda yaşamasını qadağan etsə də, ulduz futbolçuya istisna olaraq ailəsi ilə birgə yaşamağa icazə verilib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
61
editor.az

1Mənbələr