AZ

Bakıda 3 milyona satışa çıxarılan hotel kimindir?

Bakıda fəaliyyət göstərən “Park Dedeman” hoteli müsadirə olunub.

NOCOMMENT.az Teleqraf-a istinadən xəbər verir ki, hotel dövlət hərracında satılacaq.

Maraqlıdır ki, satışa hotelin ikinci mərtbəsi və zirzəmisi çıxarılıb. Bu isə ümumilikdə 1745.5 kv.m deməkdir.

Satışa çıxarılan hissənin ilkin bazar qiyməti 3 milyon 140 min manatdır.

Qeyd edək ki, sözügedən hotel Bakının Səbail rayonu ərazisində yerləşir. Hotelin 95 otağı mövcuddur.

Bakupost.az-ın araşdırmasına görə, 2024-cü ildə fevralın 29-da üç ölkədə 26-sı Türkiyədə olmaqla 29 hoteli olan (bu rəqəmlər həmin tarixə aiddir. Qeyd edək ki, təkcə 2024-cü ildə holdinqin 15 hoteli açılıb – C.) “Dedeman Hotels”in yeni hoteli “Park Dedeman Bakı” üçün “Dedeman Turizm İdarəçiliyi A.Ş.” ilə “Do-Dem” şirkəti arasında “franchise” müqaviləsi imzalanıb.

2024-cü ilin noyabrın 21-də açılışı olan “Park Dedeman Bakı”, “Dedeman Hotels & Resorts International” brendinin xaricdəki dördüncü hotelidir.

“Park Dedeman Bakı”nın müxtəlif ölçülərdə 96 otaq, 1 “A’la carte” və 1 “roof” restoran, SPA mərkəzi, 1 açıq və 1 qapalı üzgüçülük hovuzu, həmçinin fərqli tutumda konfrans və iclas zalları ilə qonaqlarına dörd fəsil ərzində premium səviyyədə qonaqlama imkanı var.

Nəqliyyat yollarının kəsişməsində yerləşən hotelin Xəzər dənizi və şəhər mənzərəli komfortlu otaqları var.

Əsas hissədarları Dedeman ailəsi (Banu və Rıfat Dedeman) olan “Dedeman Hotels”in idarə heyəti sədri Ergün Demiraydır.

“Dedeman” ailəsinin ümumilikdə Türkiyə və xaricdə 72 oteli fəaliyyət göstərir.

Seçilən
51
nocomment.az

1Mənbələr