Qahirə, 4 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində Fuceyra Neft Sənayesi Zonasında üzvi tullantılardan ilk davamlı aviasiya yanacağı istehsalı zavodunun tikintisinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, zavod istifadə olunmuş yemək yağlarını, üzvi tullantıları beynəlxalq sertifikatlı davamlı aviasiya yanacağına çevirmək üçün ən yüksək keyfiyyət və emissiya standartlarına uyğun fəaliyyət göstərəcək.
Layihənin birinci mərhələsində ildə 125 milyon litr yanacaq istehsal ediləcək. Bu BƏƏ-nin 2030-cu ilə qədərki davamlı aviasiya yanacağı siyasətində nəzərdə tutulan hədəflərin təxminən 18 faizinə bərabərdir. İkinci mərhələdə zavodun istehsal gücü 250 milyon litrə çatdırılacaq və bu da ümumi hədəfin 36 faizini təşkil edəcək. İnvestisiyanın dəyəri birinci mərhələdə təxminən 200, ikinci mərhələdə isə 100 milyon dollar olacaq.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə