AZ

“Ardıcıl şəkildə Bakı və İrəvanda tədbir keçirilə bilər” -ŞƏRH

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, 3+3 formatında toplantı ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək. 

Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, zaman-zaman 3+3 formatında görüşlər keçirilir:

"Burada da əsas məqsəd Cənubi Qafqazın üç ölkəsi ilə digər ətraf ölkələrin bir-birinə münasibətlərinin normallaşdırılması və bu ölkələrin Cənubi Qafqaza olan marağının təkmilləşdirilməsidir. Deyərdim ki, əsas məsələ Cənubi Qafqazda sülh və sabitliyin bərpa olunmasıdır. Artıq postmüharibə dövründən sonra Azərbaycan-Ermənistan arasındakı sülh müqaviləsi paraflanandan sonra yeni reallıqlar meydana gəlib. Burada müzakirə ediləcək əsas məsələlər, düşünürəm ki, investisiya layihələri ola bilər".

Onun sözlərinə görə, tədbirin harada keçiriləcəyi razılıqla əldə olunacaq bir məsələdir:

"Əksər hallarda bu tədbir Gürcüstanda Tbilisi şəhərində keçirilir. İndi əgər razılıq əldə olunarsa, ardıcıl şəkildə Bakı və İrəvanda tədbir keçirilə bilər. Yəni əvvəlcə Bakıda, növbəti tədbir İrəvanda və yaxud da əksi - bu cür baş tuta bilər. Bunun üçün sadəcə olaraq dövlətlərin razılığı lazımdır. Bu cür razılıq əldə olunarsa, düşünürəm ki, proses baş tuta bilər. Burada əsas məsələ artıq diplomatik müstəvidə həll ediləcək məsələlər, eləcə də iqtisadi razılaşmaların əldə edilməsi ilə bağlı məsələlər olacaq. Bütün bunların olması nəzərdə tutulur".

Aytəkin TOFİQQIZI

Seçilən
24
1
redaktor.az

2Mənbələr