AZ

Filippində hərbi helikopterin qəzaya uğraması nəticəsində altı nəfər ölüb

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Filippində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı altı nəfər həlak olub.

"Report"un xəbərinə görə, bu barədə hərbi strukturlara istinadən "ABS-CBN News" telekanalı məlumat yayıb.

Məlumata görə, qəzaya səbəb "Kalmaegi" qasırğası olub.

"Axtarış-xilasetmə əməliyyatları nəticəsində "Super Huey" helikopterinin (Bell UH-1Y Venom – red.) pilot və ekipaj üzvlərinə aid olduğu güman edilən altı cəsəd aşkar edilib", - hərbçilər bildirib.

Təyyarə təbii fəlakət zamanı yardım göstərmək üçün ölkənin qasırğadan zərər çəkmiş bölgələrinə gedən dörd helikopterdən ibarət qrupun tərkibində olub. Hazırda hüquq-mühafizə orqanları hadisəni araşdırır və qəzanın səbəblərini müəyyənləşdirir.

Daha əvvəl qasırğa səbəbindən ən azı 26 nəfərin öldüyü, bir neçə yüz min insanın isə Filippinin mərkəzində evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
8
azpolitika.info

10Mənbələr