AZ

Noyabrın 5 i bu təbiət hadisəsi bürclərə necə təsir GÖSTƏRƏCƏK?

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Noyabrın 5-də ilin ən parlaq Bədirlənmiş Ay hadisəsi müşahidə olunacaq.

BAKU.WS xəbər verir ki, noyabr ayında Ayın Yerə ən yaxın məsafəyə gəlməsi nəticəsində Bədirlənmiş Ay hadisəsi baş verəcək. Bu hadisə həm astronomiya, həm də astroloji baxımdan maraq doğurur.

Məlumata görə, bu təbiət hadisəsi noyabrın 5-də saat 16:19-da Buğa bürcünün 13 dərəcəsində baş verəcək.

Buğa bürcü maddi sabitlik və qazancla əlaqələndirildiyi üçün bu dövrdə gəlir və xərcləri balanslaşdırmaq, yeni qazanc imkanlarını araşdırmaq üçün uyğun vaxt hesab olunur. Lakin mütəxəssislər ani maliyyə qərarlarından uzaq durmağı tövsiyə edir.

Bədirlənmiş Ay həm də emosional sabitlik və güvən axtarışını ön plana çıxaracaq. İlişkilərdə səmimiyyət və sabitlik önə çıxacaq, zəif təməl üzərində qurulan münasibətlər isə sınaqdan keçə bilər.

Bu dövr həmçinin daxili balansı tapmaq, təbiətlə bağ qurmaq və səbirli şəkildə nəticələr əldə etmək üçün əlverişli sayılır.

Astroloqlar bildirirlər ki, Qoçlar üçün maliyyə məsələləri, Buğalar üçün isə şəxsi həyat və qərarlar ön plana çıxacaq. Əkizlər keçmişlə bağlı məsələləri bağlaya bilər, Xərçənglər sosial çevrəsində dəyişikliklərlə üzləşə bilər. Şirlər üçün karyera, Qızlar üçün təhsil və yeni planlar önə çıxacaq.

Digər bürclər üçün isə Bədirlənmiş Ayın təsiri daha çox münasibətlər, ailə, sevgi və daxili balansla bağlı olacaq.

Mütəxəssislər qeyd edirlər ki, bu təbiət hadisəsi həm vizual, həm də enerjisi baxımından ilin ən güclü Ay hadisələrindən biri sayılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
2
baku.ws

3Mənbələr