Amerika Birləşmiş Ştatları Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Şimali Koreyaya qarşı sanksiyaların siyahısını, o cümlədən fərdlərə və təşkilatlara, eləcə də kibertəhlükəsizlik hədəflərinə qarşı sanksiyaları yeniləyib. Yeni tədbirlərə əsasən, Şimali Koreyanın kiber və maliyyə cinayətləri ilə əlaqəli altı şəxs və iki təşkilat qara siyahıya salınıb.