AZ

HƏMAS daha bir girovu təhvil verəcək

Fələstinin HƏMAS hərəkatı çərşənbə axşamı Moskva vaxtı ilə təxminən saat 21:00-da İsrailli girovun qalıqlarını Qəzza zolağında Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verməyi planlaşdırır.

Busaat.az radikal təşkilatın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları bu barədə bəyanat yayıb.

Razılaşmanın bir hissəsi olaraq, biz bu gün yerli vaxtla saat 20:00 radələrində israilli girovun cəsədini [tibblərə] təhvil verəcəyik”, – onun Teleqram kanalında dərc olunan bəyanatda deyilir.

Çərşənbə axşamı günü qruplaşmanın tərəfdarları İsrail ordusunun nəzarətində olan anklavın bir bölgəsində girov qalıqlarını aşkar etdiklərini açıqlamışdı.

Oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Trampın planına uyğun olaraq Qəzzada atəşkəs oktyabrın 10-da qüvvəyə minib.

 

Seçilən
18
busaat.az

1Mənbələr