BAKI, 4 noyabr. TELEQRAF
Fələstinin HƏMAS hərəkatı daha bir israillinin cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə təşkilatın hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları" sosial mediada məlumat yayıb.
“Razılaşmanın bir hissəsi olaraq biz bu gün yerli vaxtla saat 20:00 radələrində (Bakı vaxtı ilə 22:00) israilli girovun cəsədini təhvil verəcəyik”, - deyə məlumatda bildirilir.