AZ

Orta pensiya məbləğinin artımı nəyi dəyişəcək? - Ekspert açıqladı

Xəbər verdiyimiz kimi, 2026-cı ildə orta pensiya məbləğinin 579,2 manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, bu məbləğ 2025-ci ildə gözlənilən 537 manatdan 7,9 faiz çoxdur.

Maraqlıdır, bu artım pensiyaçıların rifahına müsbət təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Ölkə.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, istənilən artım pensiyaçıların sosial vəziyyətinə müsbət təsir göstərir. 

Onun sözlərinə görə, nəzərə alsaq ki, ölkədə 5,9 faiz inflyasiya var və bunun da 7,9 faizi sırf ərzaq qiymətlərinin artımı ilə əlaqədardır:

"Pensiya alan insanların ən yüksək xərcləri ərzaq və dərmanlara gedir. Bu baxımdan, istənilən artım yaşlıların, sosial cəhətdən həssas təbəqənin rifahına müsbət təsir göstərəcək. Başqa sözlə, bu, sadə bir aksiomadır.

538380

Amma bu artım sosial bərabərliyə gətirib çıxaran məsələ deyil. Yəni pensiyaçıların pensiyalarının artımı orta aylıq əməkhaqqının artım faizinə uyğun indeksasiya olunacaq. Başqa sözlə, bu il işləyən şəxslərin maaşı nə qədər artarsa, növbəti il pensiyaçılara da həmin faiz qədər artım tətbiq olunacaq. Hazırda əlimizdə olan göstəricilər bir neçə ay əvvəlin statistikasıdır. İl başa çatdıqdan sonra dəqiq rəqəmlər məlum olacaq. Təqribən 8 faiz ətrafındadır. Pensiyaların artımının inflyasiyadan bir qədər yüksək olması pensiyaçılardan ibarət sosial təbəqənin vəziyyətinə müsbət təsir göstərəcək".

 

Həmidə İbrahimova

Seçilən
13
4
hurriyyet.az

5Mənbələr