Böyük Britaniya kralı III Karl keçmiş futbolçu, İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhemi rəsmi olaraq cəngavər tituluna layiq görüb.
BAKU.WS-in məlumatına görə, bu barədə "The Times" nəşri yazıb.
Məlumata əsasən, təntənəli mərasim Berkşir qraflığında, Vindzor qəsrində baş tutub. Qonaqlar arasında futbolçunun həyat yoldaşı Viktoriya Bekhem də olub. O, bu titulla birlikdə "leydi Bekhem" adını alıb.
"Hazırda bundan daha böyük qürur hissi keçirə bilmərəm. İnsanlar bilirlər ki, mən necə bir vətənpərvərəm. Mən ölkəmi sevirəm. Həmişə demişəm ki, monarxiya ailəmiz üçün nə qədər önəmlidir",- deyə 50 yaşlı idmançı bildirib.
Qeyd edək ki, Bekhemin kral III Karlın doğum günü münasibətilə təltif olunanlar siyahısına daxil edilməsi barədə hələ yayda məlumat yayılmışdı. Futbolçu idman və xeyriyyə sahəsindəki xidmətlərinə görə "ser" (cənab) titulu və cəngavər rütbəsi ilə təltif olunub.
Xatırladaq ki, Devid Bekhem futbol karyerasını 2013-cü ildə başa vurub. O, "Mançester Yunayted", "Real Madrid", PSJ, "Milan" və "Los-Anceles Qelaksi" klublarında çıxış edib.
🎖️ A PARTIR DE AHORA, SIR DAVID BECKHAM
— SportsCenter (@SC_ESPN) November 4, 2025
👑 El rey Carlos III nombró este martes como Caballero de la Orden del Imperio Británico al ex futbolista "por sus servicios al fútbol y a la sociedad británica"
📹 @RoyalFamily pic.twitter.com/ZLwzPT57iN