AZ

Turistlər paytaxta üstünlük verir: Rayonlarda turizm qənaətbəxş deyil?

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycana gələn turistlərin 80%-nin paytaxtda qalması mövsümlə bağlıdır. Payız və yaz aylarında ölkəyə səfər edən turistlərin böyük əksəriyyəti işgüzar məqsədlərlə gəlir. Hazırda da payız mövsümündə Bakıda çox sayda tədbirlər keçirilir və bu amil paytaxtda turist sayının artmasına təsir edir. Ümumən dünyada da payız mövsümündə turizm səfərlərinin böyük hissəsi işgüzar səfərlərdən ibarət olur, Azərbaycanda da vəziyyət bu qaydada formalaşır".Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.O, bildirib ki, digər mövsümlərdə isə turistlərin bölgələr üzrə paylanması daha balanslı olur:"Xüsusilə Şimal və Cənub bölgələri, həmçinin işğaldan azad olunmuş ərazilər mövsümdən asılı olaraq fərqli dərəcədə turist cəlb edir. Hazırda Bakı daha çox diqqət mərkəzindədir, çünki muzeylər və mədəniyyət məkanları Avropa və digər ölkələrlə müqayisədə daha münasib qiymətlərlə təqdim olunur. Hava şəraiti də paytaxta üstünlük verən turistlərin sayını artırır".Ekspert bildirib ki, yay və qış mövsümlərində isə tendensiya dəyişir: "Şahdağ və Tufandağ istiqamətləri həm yerli, həm də xarici turistlər üçün daha cəlbedici olur. Gələcəkdə işğaldan azad olunmuş ərazilərdə turizm kompleksləri tamamlandıqdan sonra qış mövsümündə bölgələrə turist axınının daha da artacağı gözlənilir. Azərbaycanın turizm potensialı kifayət qədər genişdir — Şimal, Cənub, Şəki–Qax–Zaqatala–Balakən istiqamətləri turistlərin ən çox müraciət etdiyi məkanlardır".Onun sözlərinə görə, hazırda isə Şəki–Qax–Zaqatala–Balakən zonasında yol infrastrukturunun yenidən qurulması səbəbindən müəyyən azalma müşahidə olunur:"Lakin yol infrastrukturu tam istifadəyə veriləndən sonra həm vaxt qənaəti, həm rahatlıq təmin olunacaq və turist axınında yenidən balans bərpa olunacaq".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
demokrat.az

1Mənbələr