AZ

Dibalanın durumu AÇIQLANDI

"Roma"nın zədəli hücumçusu Paulo Dibalanın durumuna aydınlıq gəlib.

Paralel.az xəbər verir ki , bu barədə İtaliya mətbuatı məlumat yayıb.

32 yaşlı hücumçu A seriyasının 10-cu turunun "Milan"la oyununda ( 0:1 ) penalti zərbəsini yerinə yetirərkən sıradan çıxmışdı. 
 

Bildirilib ki, Dibala artıq bu gün səhər saatlarında tibbi müayinədən keçib. Onun bud əzələsində orta dərəcədə zədə  aşkarlanıb. Argentinalı forvard təqribən 3 həftə yaşıl meydanlardan uzaqda qalacaq.


Xatırladaq ki, Dibala cari mövsüm "Roma"nın heyətində cəmi 2 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Seçilən
7
3
paralel.az

4Mənbələr