AZ

Lənkəran sakininin ölümü ilə bağlı cinayət işi açıldı YENİLƏNİB

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “sol tərəfi boğulmuş qasıq yırtığı diaqnozu” ilə cərrahi əməliyyat olunmuş 1965-ci il təvəllüdlü Siyavuş Rzayevin noyabrın 4-də həmin xəstəxanada vəfat etməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

"Unikal" xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilib.

*** 11:38

Lənkəranda kişi əməliyyatdan sonra ölüb.

"Unikal"ın verdiyi xəbərə görə oktyabrın 28-də Lənkəran rayon mərkəzi xəstəxanasına yırtıq səbəbləri ilə daxil olan Lənkəran şəhər sakini 1965-ci il təvəllüdlü Şiyavuş Fərəculla oğlu Rzayev əməliyyata götürülüb.

Yoldaşı Azadə Rzayeva deyir ki, elə həmən gün əməliyyatı doktor İshaq aparıb. Əməliyyatdan sonra S.Rzayev özünü pis hiss edib. "Həkim səhlənkarlığı olub. Öyrəndik ki, həkim yoldaşımın bağırsağını deşib və buna görə onun qarnı şişib, zəhərlənmə verib. Sağ olsunlar xəstəxananın o biri həkimləri, əllərindən gələni etdilər və 2 gün bundan əvvəl yoldaşımı yenidən əməliyyata saldılar. Artıq gec olduğundan yoldaşımın həyatını xilas edə bilmədilər. Əməliyyatdan sonra doktor İshaqı xəstəxanada tapa bilmirik. Yoldaşımın ölümünə səbəb birbaşa odur". 

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
2
unikal.az

10Mənbələr