AZ

216 nömrəli məktəbdə baş verən insidentlə bağlı rəsmi AÇIQLAMA

Sosial şəbəkələrdə Xəzər rayonu Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra edən Çinarə Cəbrayılova ilə ingilis dili müəllimi Sədaqət Babayeva arasında mübahisə düşdüyü, nəticədə müəllimin xəstəxanaya yerləşdirildiyi iddia olunub.

KONKRET.az  xəbər verir ki, məsələ ilə bağlı məktəbdən “Azərbaycan müəllimi” qəzetinə açıqlama verilib.

Bildirilib ki, ingilis dili müəllimi ilə bağlı bir qrup valideyn və müəllimlər tərəfindən dəfələrlə şikayətlər daxil olub. Şikayətlərdə müəllimin davranış və etik qaydaları pozduğu, vəzifə öhdəliklərini yerinə yetirmədiyi qeyd edilib.

“Bu səbəbdən həmin müəllimə “Təhsilverənlərin etik davranış qaydaları”nı pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”, – məktəbdən bildirilib.

Açıqlamada qeyd olunub ki, 4 noyabr 2025-ci il tarixində direktor əvəzi, məktəbin tərbiyə işləri üzrə təşkilatçısı və Həmkarlar Komitəsinin sədri müəllimlə söhbət aparıblar:

“Söhbət zamanı müəllim kollektiv üzvləri barədə təhqiramiz ifadələr işlədib, etik davranış qaydalarına uyğun olmayan hərəkətlər sərgiləyib. Otaqda emosional vəziyyətinin gərginləşməsi və halının pisləşməsi nəzərə alınaraq, məktəb rəhbərliyi dərhal təcili tibbi yardım çağırıb”.

Məktəb rəhbərliyi əlavə edib ki, müəllimin bu cür davranışları artıq davamlı xarakter alıb və pedaqoji mühitə, həmçinin tədris prosesinə mənfi təsir göstərir.

Seçilən
25
1
konkret.az

2Mənbələr