AZ

Gürcüstan parlamentinin sədri: Ölkəni Aİ-yə üzvlük üçün hazırlamağa davam edəcəyik

Tbilisi, 4 noyabr, AZƏRTAC

Biz təslim olmaq fikrində deyilik və ölkəni Avropa İttifaqına (Aİ) üzvlük üçün hazırlamağa davam edəcəyik. Amma Brüsseldəki mövcud bürokratiyanın Avropa məzmununu soyub onu, sadəcə, bir birlik kimi tərk etdiyi Avropa İttifaqı üçün deyil, məqsədi Avropa dəyərlərini qaytarmaq olan Aİ-yə üzv olacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu gün keçirilən brifinqdə Avropa Komissiyasının genişlənmə gündəliyinə cavab verərkən deyib.

Onun fikrincə, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası bundan sonra da ədalətsizliyi ifşa etməyə, qanuni mübarizə aparmağa və “həqiqəti göstərməyə” davam edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
7
1
azertag.az

2Mənbələr