AZ

“Sabahkı oyunda daha səbirli olmalıyıq”

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərənin “Çelsi” klubuna qarşı keçiriləcək IV tur qarşılaşması öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan çempionunun müdafiəçisi bildirib ki, komanda görüşə ciddi hazırlaşıb:

“Sabahkı oyunda daha səbirli olmalıyıq. Emosiyalara qapılmadan, planımıza sadiq qalaraq mübarizə aparmalıyıq. Bu bizim üçün çox önəmli matçdır. Rəqibi analiz etmişik, “Çelsi”nin həm güclü, həm də zəif cəhətlərini bilirik. Onlar oyunun gedişində tempi istədikləri kimi artıra bilirlər. Belə oyunlarda gərginlik qaçılmazdır.”

Elvin Cəfərquliyev həmçinin azarkeşlərin dəstəyinin önəmini vurğulayıb və komandanın qələbə üçün meydanda əlindən gələni edəcəyini əlavə edib.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.

Seçilən
26
90deqiqe.az

1Mənbələr