AZ

Futzal millisi İslamiadaya qələbə ilə start verdi

Yazını böyüt
Yazını kiçilt

Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı ilk matçında qələbə qazanıb.

Hafta.az xəbər verir ki, yığmamız A qrupunun birinci qarşılaşmasında Liviya ilə üz-üzə gəlib.

Görüş yığmamızın 5:4 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Fərid Abbasov het-trik, Mirzə Əmirov dubl edib.

Futzalçılarımızın növbəti oyunu noyabrın 6-da Özbəkistan yığmasına qarşı olacaq.

Seçilən
35
3
hafta.az

6Mənbələr