AZ

Putin Rusiyada ilboyu hərbi çağırışa icazə verən qanunu imzalayıb

2026-cı ildən əsgərlik çağırışı ilin bütün fəsillərində aparılacaq...

Poliqon xəbər verir ki, prezident Vladimir Putin Rusiyada hərbi xidmətə çağırışın ilboyu həyata keçirilməsinə imkan verən yeni qanunu imzalayıb. Sənədə əsasən, 2026-cı ilin 1 yanvarından etibarən gənclər hərbi xidmətə ilin istənilən vaxtında, yaz və payız çağırış dövrlərindən asılı olmadan, çağırıla biləcəklər.

Qanuna edilən dəyişikliklərə görə, bundan sonra çağırış prosesi mərkəzləşdirilmiş qaydada, elektron qeydiyyat sistemi üzərindən idarə olunacaq və hərbi komissarlıqlar il ərzində hərbi xidmətə yararlı şəxsləri mərhələli şəkildə silah altına ala biləcəklər.

Eyni zamanda Putin ehtiyatda olan hərbçilərin “xüsusi toplanışlara” çağırılmasına icazə verən ayrıca qanunu da imzalayıb. Bu toplanışlar ölkənin kritik infrastrukturlarının və strateji obyektlərinin müdafiəsini təmin etmək məqsədi daşıyacaq.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yeni sistem ordunun çevikliyini və hərbi hazırlıq səviyyəsini artırmaqla yanaşı, çağırış prosesində yaranan inzibati boşluqları da aradan qaldıracaq.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr