AZ

“Buta” öz endirim kampaniyasına əməl etməyib

BAKI, 4 noyabr. TELEQRAF

“Buta” Apteklər Şəbəkəsi müştərilərə 1-30 noyabr tarixlərində loyallıq kartı ilə bəzi məhsulları xüsusi endirimlə təklif edir. Lakin 1 və 2 noyabr tarixlərində həmin loyallıq kartı ilə endirimlərdən yararlanmaq mümkün olmayıb.

Teleqraf-a daxil olan şikayətdə bildirilib ki, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən bir neçə aptekdə bu hal yaşanıb.

Aptekin əməkdaşları isə müştərilərə bildirib ki, 1 və 2 noyabr tarixləri şənbə və bazar günlərinə düşdüyü üçün sistem hələ aktiv edilməyib, aktiv etmək üçün də əməkdaş olmayıb.

“Əgər müştərilər 1-2 noyabr tarixlərində endirimdən yararlana bilməyəcəkdilərsə, nə üçün endirim vaxtı 3-30 noyabr kimi qoyulmayıb? Nə üçün depoda aptekin əməkdaşı olmayıb və sistem aktivləşməyib?” – deyə müştərilər şikayətində qeyd edib.

Məsələ ilə bağlı “Buta” Apteklər Şəbəkəsi ilə əlaqə saxlamağa çalışsaq da, məsələyəcavab almaq mümükün olmayıb.

Seçilən
38
teleqraf.com

1Mənbələr