AZ

Gürcüstan və Çin hava yolu əlaqəsinin inkişafı üzrə memorandum imzalayıb » AzadMedia.az

Gürcüstan

Gürcüstan və Çin arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalanıb.

Anlaşma Memorandumunu ölkənin İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili və Çinin Mülki Aviasiya Administrasiyasının direktor müavini Xan Zun imzalayıb.

Nazir Mariam Kvrivişvilinin sözlərinə görə, "Hava İpək Yolu" Gürcüstan və Çin arasında aviasiya əməkdaşlığını yeni mərhələyə daşıyır, həm turizm, həm də yükdaşımalar üçün əlavə imkanlar açacaq:

"Aviasiya sazişi irəliyə doğru atılmış mühüm addım olacaq və həmçinin ölkələr arasında birbaşa uçuşlara əlavə təkan verəcək", – deyə Kvrivişvili bildirib.

Yeni anlaşma çərçivəsində tərəflər hava nəqliyyatı bağlantılarının genişləndirilməsi, aviasiya infrastrukturunun inkişafı və logistik əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Çinə səfər zamanı ümumilikdə Gürcüstan və Çin arasında ticarət, investisiya və texnologiya sahələrini əhatə edən bir neçə strateji memorandum imzalanıb. Bu sənədlərin Gürcüstanın regional nəqliyyat qovşağı kimi rolunu gücləndirəcəyi və iki ölkə arasında iqtisadi əlaqələri yeni səviyyəyə daşıyacağı bildirilir.

Seçilən
34
1
azadmedia.az

2Mənbələr