AZ

“Qarabağ” – “Çelsi” matçını “CBC Sport”da Ertem Şener də şərh edə bilər - Özü açıqladı

BAKI, 4 oktyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçı “CBC Sport” telekanalı vasitləsilə canlı yayımlanacaq.

Teleqraf-ın məlumatına görə, maraqla gözlənilən qarşılaşmanı televiziya ekranlarından izləyəcək azarkeşlər sürprizlə qarşılaşa bilər.

Belə ki, oyunu şərh edəcək isimlər arasında məşhur türkiyəli şərhçi Ertem Şener də yer ala bilər.

Əldə etdiyimiz məlumata görə, bununla bağlı hazırda “CBC Sport”la Ertem Şenerin Bakıya gəlişini təşkil edən “Sport TV” arasında danışıqlar gedir.

Teleqraf-a açıqlama verən Ertem Şener də danışıqlar olduğunu təsdiqləyib:

“Qarabağ”ın oyununu şərh etmək mənim çoxdankı arzumdur. Sabahkı qarşılaşmanı şərh etməyə çox isti yanaşıram. Amma əvvəlcə məsələ ilə bağlı təşkilaçtı ilə razılaşdırılma əldə olunmalıdır. Düşünürəm ki, məsələyə sabah tam aydınlıq gələcək”.

Qeyd edək ki, “CBC Sport”da yayımlanacaq qarşılaşmanı Pərviz Musayev şərh edəcək. Ertem Şener məsələsi ilə bağlı razılaşma əldə olunsa, onlar matçı birgə şərh edəcəklər. Ertem Şener isə matça qədər “Sport TV”nin efirində matçla bağlı şərhlərini bildirəcək.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüş sabah saat 21:45-də start götürəcək.

Seçilən
30
3
teleqraf.com

4Mənbələr