AZ

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda diaspor nümayəndələri təltif olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Mədəniyyət Elçilərinin l Forumunda iştirak edənpianoçu Səidə Zülfüqarovaya və Zalsburq Azərbaycan Evinin rəhbəri,Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizova diasporfəaliyyətinə görə təltif olunduqları “Diaspor fəaliyyətində xidmətəgörə” Azərbaycan Respublikasının medalları, bəstəkar, sənətşünaslıqüzrə fəlsəfə doktoru, musiqişünas, Almaniya "Bridge of Sound"orkestrinin bədii rəhbəri Xədicə Zeynalova isə təşəkkürnamə təqdimedilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Qeyd edək ki, Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına BakıMusiqi Akademiyasında təhsil alıb, piano müəllimi, vəkonsertmeyster ixtisasına yiyələnib. Pianoçu Fransanın Provansvilayətinin Pauline Viardot Konservatoriyasının professorudur.

Avstriyanın Zalsburq şəhərindəki Azərbaycan Evinin rəhbəri,Avstriya Azərbaycanlılar Cəmiyyətinin sədri Fərid Əzizov Azərbaycandiasporunun inkişafı, ölkəmizin xaricdə tanıdılması istiqamətindəgeniş fəaliyyət göstərir.

Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının, eləcə də DetmoldMusiqi Akademiyası və Paderborn Universitetinin məzunudur.Almaniyada beynəlmiləl tərkibli “Bridge of Sound” orkestrinin,eləcə də “Harmony of Sound” beynəlxalq musiqi festivalınıntəsisçisi və bədii rəhbəri kimi Azərbaycanın zəngin musiqi irsinidünyanın müxtəlif ölkələrində uğurla təbliğ edir.

Azərbaycan
Azərbaycan
Seçilən
60
6
az.trend.az

6Mənbələr