AZ

“Organika Gəncə” mağazasının Bakı filialında İYRƏNCLİK

“Organica Gəncə” mağazasının Bakı filialında gigiyena qaydalarının pozulması və işçi davranışı ilə bağlı şikayət sosial mediada müzakirə mövzusuna çevrilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Vüsalə Hacıyeva adlı vətəndaş hadisə ilə bağlı narazılığını belə ifadə edib:

“Hər həftə bu mağazadan bazarlıq edirik, amma belə halla ilk dəfə rastlaşdım. Süd almaq üçün yaxınlaşanda işçilər Gəncə səbətini yığmaqla məşğul idilər. Bu zaman bir xadimə əlindəki pol əskisini gətirib ət kəsilən yerdəki moykada yudu, sonra həmin əski ilə yerləri silməyə başladı. Mən narazılığımı bildirdim ki, bu, gigiyenik deyil. Elə bu vaxt həmin xanıma dedilər ki, işi buraxıb gəlib südü butulkaya doldursun.”

Şikayətçinin sözlərinə görə, o, vəziyyətə etiraz etdikdə mağaza rəhbərliyindən bir şəxs yaxınlaşıb və bildirib ki, xadimələr həm təmizlik işlərini görür, həm də müştərilərə xidmət edir:

“Mən dedim ki, belə şey ola bilməz. Hər işçinin öz vəzifəsi var. Əgər bu normal sayılırsa, deməli, ət şöbəsində də həm ət yuyulmalı, həm də pol əski ilə işlənməlidir. Rəhbərlikdən bir xanım özünü müdafiə etməyə çalışdı, amma sonra kişi əməkdaş yaxınlaşıb vəziyyəti izah etməyə cəhd etdi.”

Vüsalə Hacıyeva əlavə edib ki, mağazanın təbii məhsullara üstünlük verdiyi üçün hər zaman oradan alış-veriş etsə də, bu hal onda ciddi narazılıq yaradıb:

“Biz bahalı, amma təbii məhsul almağa gəlirik. Belə natəmizlik və kobud davranış qəbuledilməzdir.”

 

Seçilən
28
nocomment.az

1Mənbələr