AZ

Hindistanda sərnişin və yük qatarları toqquşdu: azı altı nəfər ölüb

Hindistanda sərnişin və yük qatarları toqquşdu: azı altı nəfər ölüb

Hindistanın mərkəzi hissəsində yerləşən Çxattisqarh ştatında sərnişin və yük qatarları toqquşub.

AFN.az xəbər verir ki, bu barədə "India Today" telekanalı məlumat yayıb. Hadisə nəticəsində azı altı nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Toqquşmanın gücü o qədər böyük olub ki, bəzi vaqonlar bir-birinin üstünə qalxıb və sərnişinlər arasında təşviş yaranıb. Bir neçə vaqon relsdən çıxıb. Hadisə yerinə xilasedicilər və tibb əməkdaşları cəlb olunub.

Rəsmilər bildiriblər ki, toqquşmanın səbəbləri araşdırılır, dəmir yolunun zədələnmiş hissəsində bərpa işləri aparılır və hərəkətin bərpası üçün tədbirlər görülür.

İlkin araşdırma nəticələrinə görə, qəza sərnişin qatarının qırmızı işıq siqnalını görməzliyə vuraraq qarşısında dayanan yük qatarına çırpılması səbəbindən baş verib.

Seçilən
70
afn.az

1Mənbələr