AZ

"Gündəlik Bakı" qəzetinin həbsdə olan baş redaktoru şikayətini geri götürdü

"Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevlə bağlı hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə Habil Vəliyev kassasiya şikayətini geri götürməklə bağlı müraciət edib.

Məhkəmə müraciəti təmin edib.

Xatırladaq ki, Habil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 8 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı bir il azaldıb.
 

Habil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


H.Vəliyev daha əvvəl eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Seçilən
7
8
paralel.az

10Mənbələr