AZ

Kaya Kallas: Aİ nin genişlənməsi onun gələcəyinə investisiyadır

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa İttifaqının (Aİ) genişlənməsi Avropa Komissiyasının əsas məqsədlərindən biridir və Aİ-nin gələcəyinə investisiya kimi nəzərdən keçirilir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü genişlənmə prosesinin davam etdirilməsinin nə qədər vacib olduğunu göstərib. Bu addım Avropa İttifaqını daha güclü edəcək, onun geosiyasi əhəmiyyətini artıracaq, həmçinin Avropanın siyasi və iqtisadi imkanlarını gücləndirəcək.

Ali nümayəndə əlavə edib ki, müharibə səbəbindən daha çətin vəziyyətdə olan Ukrayna üçün Aİ-yə üzvlük perspektivi gələcək təhlükəsizlik və müdafiənin təminatıdır.

K.Kallas həmçinin vurğulayıb ki, Aİ-yə qoşulma prosesində daha çox irəli getmiş ölkələr Monteneqro və Albaniya olaraq qalır, onlar islahatların həyata keçirilməsində və milli qanunvericiliyin İttifaqın normalarına uyğunlaşdırılmasında nəzərəçarpan uğurlar nümayiş etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
2
baku.ws

3Mənbələr