AZ

Nepalda zirvəyə qalxan iki italiyalı alpinist ölüb

İki italiyalı alpinist - Alessandro Kaputo və Stefano Farronato Nepalda Panbari zirvəsinə qalxarkən həlak olublar.

Moderator.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, oktyabrın 31-dən alpinistlərlə əlaqə kəsilib. Noyabrın 4-də onların öldüyü barədə məlumat yayılıb. Eyni zamanda, itkin düşən qrupun digər üzvlərinin axtarışları davam edir.

Panbarinin hündürlüyü 6 887 metrdir. Qrup təxminən 5 000 metr yüksəklikdə olarkən əraziyə güclü qar yağıb.

Seçilən
52
1
moderator.az

2Mənbələr