AZ

İran səfiri: Azərbaycanın qələbəsi yeni imkanlar açır

Çox şadam ki, Naxçıvanın imkanları, o cümlədən iqtisadi sahədə olan potensialı ilə tanış ola bildim. Ötən 30 il ərzində İran-Azərbaycan münasibətlərinin, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə İran arasında əlaqələrin inkişafının dərinləşməsinin şahidi olmaqdan məmnunuq.

Bu sözləri AZƏRTAC-a Naxçıvanda səfərdə olan İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilu deyib.

Naxçıvanın iki ölkə arasında əlaqələrdə çox mühüm rolunun olduğunu vurğulayan səfir hazırda muxtar respublikada həm iqtisadi, həm də digər sahələrdə böyük inkişafın əldə olunduğunu söyləyib.

Azərbaycanın Qələbəsinin və işğal olunmuş torpaqların azad edilməsinin yeni imkanlar açdığını vurğulayan diplomat sülhün, əmin-amanlığın əlaqələrimizin inkişafı üçün də geniş imkanlar yaratdığını söyləyib. Müctəba Dəmirçilu bildirib ki, bu gün bütün region bu yeni vəziyyətdən bəhrələnir.

“Biz çalışmalıyıq ki, bu yeni şəraitdə yaranan imkanlardan səmərəli istifadə edib iki xalqı bir-birinə daha da yaxınlaşdıraq, iki dost və qardaş ölkənin əlaqələrini daha da dərinləşdirək”, - deyə o əlavə edib.

Araz dəhlizinin ikitərəfli əlaqələrin inkişafındakı roluna toxunan səfir vurğulayıb ki, hazırda İran ilə Azərbaycan arasında dörd keçid məntəqəsi fəaliyyət göstərir. Gələn aylarda isə yeni bir keçid məntəqəsi açılacaq. Yeni keçid məntəqəsinin və körpünün istifadəyə verilməsi ilə Naxçıvanın Azərbaycanın əsas hissəsinə çıxışı daha qısa və az vaxtla mümkün olacaq.

Seçilən
11
musavat.com

1Mənbələr